...

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Cəmiyyət Materials 24 İyun 2015 12:14 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı şəhərindəki filialı 2015/2016-cı tədris ili üçün aşağıdakı ixtisaslar üzrə magistraturaya (rus bölməsinə) qəbul elan edir:
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Azərbaycan, Bakı, 24 iyun /Trend/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı şəhərindəki filialı 2015/2016-cı tədris ili üçün aşağıdakı ixtisaslar üzrə magistraturaya (rus bölməsinə) qəbul elan edir:

032700.68 Filologiya - 7 yer: Dilçilik (rus dili) - 1, Ədəbiyyatşünaslıq (rus ədəbiyyatı) - 1, Dilçilik (ingilis dili) - 2, Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) - 1, Dilçilik (italyan dili) - 1, Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı) - 1.

010200.68 Riyaziyyat və Kompyuter elmləri - 8 yer: Finksional analiz - 2 yer, Riyazi kibernetika - 2 yer, Diskret sistemlər - 2 yer, Riyazi modelləşdirmə - 2 yer.

020100.68 Kimya - 8 yer: Neft kimyası - 4 yer, Fiziki kimya - 2 yer, Üzvi kimya - 2 yer.

030300.68 Psixologiya - 12 yer: Sosial psixologiya - 6 yer, İnkişaf psixologiyası - 6 yer.

Azərbaycan vətəndaşları üçün təhsil pulsuzdur, əcnəbi vətəndaşlar üçün təhsil haqqı illik 1750 manat təşkil edir.

MDU-nun Bakı filialının magistraturasına daxil olmağı arzu edən bakalavrlar TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarının birinci turunda iştirak edir, ikinci turun əvəzinə isə MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən keçirilən qəbul sınaqlarında iştirak edirlər.

Bu qəbul sınaqlarında yalnız birinci turda 45 və daha artıq bal toplamış bakalavrlar iştirak edə bilərlər.

Magistraturaya qəbul MDU-nun qəbul komissiyası tərəfindən aparılan qəbul sınaqlarının nəticələrinə əsasən həyata keçiriləcək. MDU-nun Bakı filialının magistraturasına daxil olmaq üçün MDU-nun tədris proqramları www.msu.az saytında yerləşdirilib.

Qəbul sınaqlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanının birinci turunun nəticələri;

2.Ali təhsil haqqında sənəd:

- əvvəlki illərin məzunları - bakalavr və ya başqa ali təhsil diplomu və ona əlavə (ali təhsil sahəsində xarici dövlətlərin ixtisaslarının Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) nəzərə alınmaqla);

- cari ilin məzunları - ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş formada verilmiş arayış. Bu arayışda təhsil ixtisasının şifri, orta müvəffəqiyyət balı (5 ballıq və ya 100 ballıq şkala üzrə), bakalavrın ali təhsil müəssisəsinə daxil olduğu il və ərizəsinin nömrəsi göstərilməlidir;

3.Şəxsiyyət vəsiqəsi;

4.3x4 sm ölçülü 8 fotoşəkil.

Filialda təhsil prosesi innovasiyalı təlim texnologiyalarından və metodlarından istifadə edilməklə M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir.

Məşğələlər əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

Filialın magistraturasının məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu veriləcək.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1.

Əlaqə telefonları: +994125989319.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti