...

Dövlət Komitəsi kadr dəyişikliyi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 5 Avqust 2015 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qurumda aparılan kadr dəyişikliyi ilə bağlı məlumat yayıb.

Komitədən Trend-ə daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı əsassız fikirlər yer alıb:

"Bildirmək istəyirik ki, aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti