...

1158 nəfərə əlil arabası verilib

Cəmiyyət Materials 6 Avqust 2015 14:53 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib.
1158 nəfərə əlil arabası verilib

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumatda qeyd olunur ki, bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar.

Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb.

Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunub.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti