Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələrinin bu gün axşam saatlarında elan edilməsi nəzərdə tutulur.
Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərimnə görə, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatıb. Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
İxtisas seçimi ərizələrini tələb olunan vaxtda təsdiqləməyən abituriyentlər ixtisas seçimi müsabiqədə iştirak edə bilməyəcəklər.