...

Regionlarda qanvermə aksiyaları keçirilir

Cəmiyyət Materials 17 Avqust 2015 12:18 (UTC +04:00)
Azərbaycanın regionlarında könüllü qanvermə aksiyaları keçirilir.
Regionlarda qanvermə aksiyaları keçirilir

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanın regionlarında könüllü qanvermə aksiyaları keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya bu günə kimi Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib. Ümumilikdə 360 nəfər qanvermə aksiyasında iştirak edib. Bununla yanaşı Şabran rayonundakı aksiyada 46, İmişlidə 58, Sabirabadda 133, Şirvanda 83, Ucarda 40 nəfər könüllü qan verib. Bugün qanvermə aksiyası Astara şəhərində keçirilir.

Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti