...

Uşaq-Gənclər Yaradıçılıq Sarayı Təsviri Sənət Qalareyası əsaslı təmirdən sonra yenidən istifadəyə verildi

Cəmiyyət Materials 22 Sentyabr 2015 11:42 (UTC +04:00)
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıçılıq Sarayı Təsviri Sənət Qalareyası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Uşaq-Gənclər Yaradıçılıq Sarayı Təsviri Sənət Qalareyası əsaslı təmirdən sonra yenidən istifadəyə verildi

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıçılıq Sarayı Təsviri Sənət Qalareyası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Trend-in məlumatına görə, açılış mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Qalareya əsaslı təmirdən sonra ən müasir təlim avadanlıqları ilə təchiz edilib.

Nazir burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnmələri üçün lazımi şəraitin yaradıldığını deyib.

M.Cabbarov qeyd edib ki, yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək Qalareya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Qalareyada həmçinin şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Qalareyada yeni yaradılan "Rəqəmsal təsvir" dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir.

Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda, Qalareyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti