...

"Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 23 Sentyabr 2015 11:39 (UTC +04:00)
Qarşıdan gələn qış mövsümü ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib.
"Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/

Qarşıdan gələn qış mövsümü ilə əlaqədar "Azərişıq" gücləndirilmiş iş rejiminə keçib. Bunu Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun mütəxəssisləri Bakı ilə yanaşı, regionlarda da abonentlərin elektrik enerjisi probleminin yaranmaması üçün xeyli işlər görüb. Qurum rəsmisi bu cür işlərin daimi görüldüyünü qeyd edib: "Bizim mütəxəssislərimiz hazırda bölgələrimizdədir. Rayonlarda ağac dayaqlar, köhnə transformatorlar, istifadə müddətini başa vurmuş yarımstansiyalar yeniləri ilə əvəz olunub. Yeni 700 komplekt transformator məntəqələri tikilib. İlin sonuna kimi isə daha 700-ü də quraşdırılacaq. 32 ədəd yarımstansiya inşa edirik. 50 kilometr uzunluğunda elektrik xətləri çəkirik, 100 minə yaxın ağac dayaqlar dəmir dayaqlarla əvəz olunub. Hesab edirəm ki, bu qış elektik enerjisi ilə bağlı problem olmayacaq".

T.Mustafayev Qurban bayramı günlərində də gücləndirilmiş iş rejimində işləyəcəklərini qeyd edib: "Qurban bayramı günlərində əməkdaşlarımız, həm Bakıda, həm də regionlarda növbəli iş rejimində işləyəcəklər. Həmin gün bir nəfərin yerinə üç nəfər işləyəcək. Qurbanlıq heyvan kəsimi yerlərində nəzarət güclənəcək. Çalışacağıq ki, həmin yerlərə yaxın ərazilərdəki transftomatorlar saz vəziyyətdə olsun ki, abonentlər işıqsız qalmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti