...

Yollarda süni maneələrin sökülməsinə başlanılıb (VİDEO)

Cəmiyyət Materials 24 Sentyabr 2015 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakının bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq quraşdırılan tramplinlər sökülür.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, ilk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplilərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib: "Sürücülərə süni manələr yaradanlara isə xəbərdarlıq edilib. Onlara bildirilib ki, bu cür suni maneə vasitələri ilə avtomobillərin sürətinin məcburi şəkildə azaldanlar inzibati məsuliyyətə cəlb olunacaqlar".

"Azəryolservis" ASC-dən bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Qeyd edək ki, süni maneələrin, yəni tramplinlərin aşkarlanaraq sökülməsi Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti