Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludluolacağı, arabir tutulacağı, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 13-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.