...

IDEA ekoloji təmiz və sağlam qidaya həsr olunan təlim keçirib

Cəmiyyət Materials 19 Oktyabr 2015 11:12 (UTC +04:00)
Oktyabrın 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca onuncu təlim keçirilib.
IDEA ekoloji təmiz və sağlam qidaya həsr olunan təlim keçirib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 17-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca onuncu təlim keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, laboratoriyanın oktyabr təlimi ekoloji təmiz və sağlam qidaya həsr olunub.

Təlim zamanı uşaqlara sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi, onların suvarılması və s. barədə geniş məlumat verilib, həmçinin onlara ərzaqların ekoloji cəhətdən təmiz olduğunu necə müəyyən edə biləcəkləri izah olunub.

Oktyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ekoloji cəhətdən təmiz qidanın insan sağlamlığı üçün əhəmiyyətini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti