...

BDU-da "Şizofreniya" təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2015 11:11 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən "Psixologiya klubu"nun təşkilatçılığı ilə “Şizofreniya” təlimi keçirilib.
BDU-da "Şizofreniya" təlimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən "Psixologiya klubu"nun təşkilatçılığı ilə "Şizofreniya" təlimi keçirilib.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, tədbirdə THİK sədr müavini, "Loqos" psixologiya mərkəzinin transpersona psixoloqu, təlimçi İlqar Kərimli, Sosial elmlər və psixologiya THT sədri Əlif Əlifzadə, "Psixologiya klubu"nun rəhbəri Çinarə Teymurzadə, Kimya fakültəsi THT sədri Abdulla Haciyev və digər tələbələr iştirak edib.

Tədbiri BDU THİK sədr müavini Eltac Cəbiyev giriş sözü ilə açıq elan edərək bidlirib ki, bu tip təlimlərin keçirilməsi hər zaman THİK-in diqqətindədir.

"Psixologiya klubu"nun rəhbəri Çinarə Teymurzadə tələbələr klubun fəaliyyəti barədə geniş məlumat verib.

İlqar Kərimli tələbələrə "Şizofreniya" adlı təlim keçərək onları maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti