...

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlandı

Cəmiyyət Materials 3 Noyabr 2015 13:03 (UTC +04:00)
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.
Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.2, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.9 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.15-7.27 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti