...

Türkiyənin ölkəmizdəki səfiri Bilik Fondunun qonağı olub (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2015 11:24 (UTC +04:00)
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Bilik Fondunda olub.
Türkiyənin ölkəmizdəki səfiri Bilik Fondunun qonağı olub (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Bilik Fondunda olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məlumatına görə, cənab səfiri salamlayan icraçı direktor Oktay Səmədov qonağı Fondun kollektivi ilə tanış edib, həyata keçirilən layihələr haqqında geniş məlumat verib.

O.Səmədov "Dünya elmi Azərbaycanda", "Azərbaycan elmi dünyada" layihələri çərçivəsində alimlərin qarşılıqlı mühazirələrinin təşkilinə, Türkiyə gənc yazarlarının əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasına dair təkliflərini səsləndirib.

Səfir İsmail Alper Coşkun tanışlıqdan məmnun olduğunu dilə gətirərək xalqlarımızın qədim qardaşlıq əlaqələrini və bu əlaqələrin tarixi köklərini xatırladıb. Gənc nəsli bu həqiqətlər barədə davamlı məlumatlandırmağın vacibliyini vurğulayıb.

Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinə xüsusi maraq göstərən səfir Türkiyə məktəblilərinin azərbaycanlı şagirdlərlə Qardaşlaşma sazişi imzalamasının gənc nəslin inkişafına, bilik mübadiləsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini deyib.

Səmimi mühitdə keçən görüşdə əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti