...

Azərbaycanda daha 9 dini icmaya qeydiyyat şəhadətnamələri verilib

Cəmiyyət Materials 16 Noyabr 2015 13:50 (UTC +04:00)
Azərbaycanda 9 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib.
Azərbaycanda daha 9 dini icmaya qeydiyyat şəhadətnamələri verilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda 9 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib.

Trend-in məlumatına görə, şəhadətnamələr Bakıda baş tutan Beynəlxalq tolerantlıq gününə həsr olunmuş "Tolerantlıq: milli kimliklə vəhdəti" adlı dəyirmi masa zamanı dini icmalara təqdim edilib. Onlardan 6-ı islam, 3-ü isə qeyri-islam dini icmadır.

Qeyd edək ki, tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi, həmçinin ölkəmizdəki müxtəlif dini konfesiyaların nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən M.Qurbanlı Azərbaycandakı tolerant mühitdən və Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən söz açıb: "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri siaysəti bu günkü uğurlu tolerant mühitin əsasını təşkil edir".

Daha sonra tədbir digər rəsmilərin və dini konfesiya rəhbərlərinin çıxışları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti