...

Azay Quliyev: “Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir”

Cəmiyyət Materials 26 Noyabr 2015 11:48 (UTC +04:00)
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir
Azay Quliyev: “Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir”

Bakı. Elmir Murad - Trend:

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir. Trend-in məlumatına görə, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dstəyi Şurasının sədri Azay Quliyev Ölkə QHT-lərinin Ümumrespublika Forumunda jurnalistlərə açıqlamasında deyib.

Şura sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum bu məqsədlə Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən QHT nümayəndələrini tədbirə dəvət edib: "Hər il biz Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq, ictimai dinləmələr keçiririk. Məqsəd növbəti illərdə hansı mövzuların prioritet elan edilməsi və həmin mövzular istiqamətində QHT-lərin layihələrinin maliyyələşdirilməsidir. Bu, şəffaflıq və aşkarlıq baxımından çox önəmlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir. Azərbaycanın bütün bölgələrindən Foruma QHT nümayəndələri dəvət olunub. Forumda ilk növbədə 2016-cı ilin maliyyə müsabiqəsi üzrə mövzuların müzakirəsi aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti