...

ATƏT Nardaranda jurnalistlərə qarşı hücumu qətiyyətlə pisləyib

Cəmiyyət Materials 27 Noyabr 2015 13:04 (UTC +04:00)
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Nardaran qəsəbəsində radikal qrup üzvlərinə qarşı polis reydi zamanı jurnalistlərə hücumu qətiyyətlə pisləyib.
ATƏT Nardaranda jurnalistlərə qarşı hücumu qətiyyətlə pisləyib

Bakı. Trend:

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Nardaran qəsəbəsində radikal qrup üzvlərinə qarşı polis reydi zamanı jurnalistlərə hücumu qətiyyətlə pisləyib. Bu barədə Trend ATƏT-in məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir: "Əldə olunan məlumata görə, naməlum şəxslər İctimai Televiziyanın operatoruna hücum ediblər. Operator döyülüb və onun avadanlığı zədələnib. Reyd zamanı ATV telekanalının əməkdaşlarına da hücum olunub. Telekanalın sürücüsü döyülüb".

D.Miyatoviç qeyd edib ki, bu, KİV nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq aktlarıdır: "Jurnalistlər dövlət əhəmiyyətli hadisələr barədə azad və təhlükəsiz qaydada məlumat vermək vəziyyətində olmalı və onların təhlükəsizliyi təmin edilməlidir".

O ümid etdiyini bildirib ki, bu hücumların araşdırılması üçün mümkün olan hər şey ediləcək və təqsirkarlar məsuliyyətə cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti