...

"Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkası davam edir

Cəmiyyət Materials 4 Dekabr 2015 18:42 (UTC +04:00)
Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə «Soyuq Əllər, İsti Ürək: Mələklər» adlı xeyriyyə yarmarkası davam edir.
"Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkası davam edir

Bakı. Trend:

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

Dekabr ayının 5-i saat 11.00-dan 13.00-dək yarmarka "Şelter" uşaq evinin kiçik sakinlərinə həsr olunacaq. Onlar üçün DJ AX-ın, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın iştirakı ilə maraqlı şou - proqram, brek-dans üzrə master-klass, Viniamin şou təşkil olunacaq. Karuseldə əyləndikdən sonra uşaqları "Nargis Fund" tərəfindən nahar gözləyir. Nahardan sonra və ya əyləncə zamanı uşaqlar Aynur xanıma feys-art üçün müraciət edə bilərlər.

Saat 18.00-19.00-dək yarmarkamızın "Qanun" Nəşriyyat Evində Azərbaycanın məşhur yazarı Şərif Ağayarın imza günü keçiriləcək.

Axşam saat 19.00-dan 22.00-dək isə şəhər sakinləri və qonaqlar üçün əyləncəli proqram nümayiş olunacaq. Murad Arifin aparıcılığı ilə keçiriləcək şou-proqramda Ülviyyə Musayeva və DJ Stasy-nin, Cabrayıl Rəsulovun, Azad Şabanovun və DJ V-nin çıxışları yer alacaq.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

Trend, Day.az və Milli.az informasiya dəstəyi qismində çıxış edir.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek
Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

Məqalədə:
Xəbər lenti

Xəbər lenti