...

Azərbaycanda "donuz qripi" ilə bağlı daha iki xəstəxanada əlavə palatalar yaradılıb (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2016 17:40 (UTC +04:00)
Azərbaycanda "donuz qripi" ilə əlaqədar olaraq, daha iki xəstəxanada əlavə palatalar yaradılıb.
Azərbaycanda "donuz qripi" ilə bağlı daha iki xəstəxanada əlavə palatalar yaradılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "donuz qripi" ilə əlaqədar olaraq, daha iki xəstəxanada əlavə palatalar yaradılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, nazirliyin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb. 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.

L.Bayramova qeyd edib ki, Səhiyyə Nazirliyi "donuz qripi"nə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir. Bu məqsədlə "donuz qripi"nə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşür hazırlanıb.

O, indiyədək Azərbaycanda "donuz qripi"nin qeydə alınmadığını da açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti