...

İsa Həbibbəyli: Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verən magistrlərin sayından 3 dəfə azdır

Cəmiyyət Materials 27 Yanvar 2016 13:50 (UTC +04:00)
İndiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verən magistrlərin sayından ən azı 3 dəfə azdır.
İsa Həbibbəyli: Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verən magistrlərin sayından 3 dəfə azdır

Bakı. Ilhamə İsabalayeva- Trend:

İndiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verən magistrlərin sayından ən azı 3 dəfə azdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin "Elm haqqında" qanun layihəsinin müzakirəsi məqsədilə bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Hazırda magistraturanı bitirən məzunların 20-25, maksimum halda 30 faizinin doktoranturada təhsil almaq üçün sənəd verdiyini deyən İ.Həbibbyəli qeyd edib ki, məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər: "Magistraturanın əsas məqsədi elmi fəaliyyəti və elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Amma cəmiyyətdə buna fikir müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verən magistrlərin sayından ən azı 3 dəfə azdır".

İ.Həbibbəyli deyib ki, magistraturanı bitirən məzunların dövlət qulluğuna işə daxil olması AMEA, Təhsil Nazirliyi və ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə də layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə təşkil edilməsi təklif edilir.

İ.Həbibbəyli qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar və bakalavrdan daha üstün mütəxəssis olacaqlar. Tədqiqat magistraturasıni bitirənlər isə elmi tədqiqat işi və elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər.

Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev isə bildirib ki, ixtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər. Bu isə onların sonradan elmi fəaliyyətlə məşğul olma istəklərini reallaşdırmağa imkan verməyəcək. Aparat rəhbəri bu baxımdan həmin halı düzgün hesab etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti