...

Qərb bölgəsində qatı duman yollarda hərəkəti çətinləşdirib

Cəmiyyət Materials 12 Mart 2016 16:51 (UTC +04:00)
Qərb bölgəsində müşahidə olunan qatı duman yollarda hərəkəti çətinləşdirib.
Qərb bölgəsində qatı duman yollarda hərəkəti çətinləşdirib

Bakı. Trend:

Qatı duman səhər saatlarından etibarən Bakı-Qazax avtomobil magistralında hərəkəti çətinləşdirib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xüsusilə magistralın Ağstafa, Tovuz və Şəmkir rayonları ərazisindən keçən hissəsində görmə məsafəsi azalıb. Tovuzda səhər saatlarından etibarən müşahidə olunan duman günün ikinci yarısına kimi davam edib.

Yanvar-fevral aylarında Tovuzda daha çox gecə saatlarında qatı duman sürücülərin hərəkətini məhdudlaşdırırdısa, bu dəfə təbiət hadisəsi günün işıqlı vaxtı da müşahidə edilib. Sürücülər dumanın görmə məsafəsini azaltdığından yollarda çətinlik yarandığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti