...

Məşhur "Simit Sarayı" şəbəkəsinin Bakıda yeni şöbəsi açıldı

Cəmiyyət Materials 18 Mart 2016 15:44 (UTC +04:00)
Türkiyənin dünyaca məşhur "Simit Sarayı" şəbəkəsinin Bakıda yeni şöbəsi açıldı.
Məşhur "Simit Sarayı" şəbəkəsinin Bakıda yeni şöbəsi açıldı

Bakı. Trend:

2002-ci ildən fəaliyyət göstərən "Simit Sarayı" Türkiyə ilə bərabər, dünyanın dörd bir tərəfinə yayılıb. Şirkət 10.000-dən çox işçisi ilə Türkiyədə və dünyada hər gün 650.000-ə yaxın müştəriyə xidmət göstərir.

"Simit Sarayı" təkcə Türkiyənin deyil, dünyanın da böyüyən markası olma yolunda irəliləyir.

Günün istənilən saatı isti və təzə məhsullarını təqdim edən "Simit Sarayı" artıq Bakıda fəaliyyət göstərəcək. "Simit Sarayı" gözəl xidmət, xoş ab-hava, komfortlu dizayn, zəngin menyusu və münasib qiymətləri ilə sizlərə xidmət göstərəcək.

"Simit Sarayı"nda sadəcə simit deyil, ağlınıza gələ biləcək bir çox ləzzət var: Dadlı simitlər, sendviçlər, simit-burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, Çıtır hotdoq, pendirli şüyüdlü poğaça, şirniyyatlar, tortlar. Bu ləzzətləri saymaqla bitməz. "Simit Sarayı"na əbəs yerə "dünya markası" deməyiblər.

"Simit Sarayı" Niderland, İngiltərə, Almanya, ABŞ-dan sonra indi də AZƏRBAYCANDA - Nizami küç., 83 ünvanında fəaliyyətə başladı.

instagram : simitsarayibaku

facebook : Simit Sarayi Baku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti