...

Səfirlik: Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Mart 2016 14:06 (UTC +04:00)

Azərbaycan səfirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 13:20-də yayılıb)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğramış "Boeing" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.
Bu barədə Trend-ə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatı Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən də təsdiq ediblər.

Diplomatik missiyadan deyiblər ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tapşırığı ilə səfirliyin əməkdaşları Rusiya Fövqladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin nümayəndəsi podpolkovnik N.Zaytsevlə əlaqə saxlayıb. O, təsdiq edib ki, qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Bir qədər əvvəl qəzaya uğramış həmin təyyarədəki sərnişinlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-na-Donuda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti