...

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirildi (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2016 17:14 (UTC +04:00)
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib.
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədris planına əsasən aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb. O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət təşkil edilən kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti