...

Aramsız yağışlar Daşkəsəndə körpünü qəzalı vəziyyətə saldı (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2016 15:25 (UTC +04:00)
Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.
Aramsız yağışlar Daşkəsəndə körpünü qəzalı vəziyyətə saldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 5 metrdir.

Dərhal əraziyə ezam edilmmiş "Azəravtoyol" ASC-nin mütəxəssisləri tərəfindən körpüyə baxış keçirilib və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalniz piyadaların hərəkətinə icazə veriləcək.

Bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti