...

Azərbaycanda su polosu üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 2 May 2016 11:50 (UTC +04:00)
Mayın 5-7-də Su İdmanı Sarayında Su İdmanı Növləri Federasiyasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.
Azərbaycanda su polosu üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək

Bakı. Maksim Tsurkov - Trend:

Mayın 5-7-də Su İdmanı Sarayında Su İdmanı Növləri Federasiyasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.

Bunu Trend-ə Azərbaycan Su İdmanı Növləri Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

Onun sözlərinə görə, yarışlar çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə turniri keçiriləcək.

Bakı turnirində Azərbaycan, Moldova, Rumıniya və İsveçrə komandaları iştirak edəcəklər.

F.Bənənyarlı qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq su polosu üzrə Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. Oyunların başlama vaxtı saat 18:00-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti