...

NATO ekspertləri Silahlı Qüvvələrimizin müdafiə təlimatçıları üçün seminar keçirib (FOTO)

Cəmiyyət Materials 6 May 2016 19:44 (UTC +04:00)
Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.
NATO ekspertləri Silahlı Qüvvələrimizin müdafiə təlimatçıları üçün seminar keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ikinci dərəcəli kapitan Andreas Hildenbrandın rəhbərliyi ilə keçirilən seminarda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin professor-müəllim heyəti də iştirak edib.

Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib, mühazirələr oxunub, eləcə də Silahlı Qüvvələrdə mövcud olan təhsil sisteminə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti