...

Azərbaycan millisi mötəbər beynəlxalq turnirdə tarıx yazdı (FOTO)

Cəmiyyət Materials 7 May 2016 11:46 (UTC +04:00)
Dünən Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirındə İsveçrə millisi üzərində 17-10 hesabı ilə qalıb gələn Azərbaycan vaterpolçuları üçüncü qarşılaşmanın nəticələrindən asılı olmayaraq U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisi mötəbər beynəlxalq turnirdə tarıx yazdı (FOTO)

Bakı. Trend:

Dünən Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirındə İsveçrə millisi üzərində 17-10 hesabı ilə qalıb gələn Azərbaycan vaterpolçuları üçüncü qarşılaşmanın nəticələrindən asılı olmayaraq U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyib. Onun sözlərinə görə Azərbaycan vaterpolçuları gözəl oyun nümayış etdiriblər. Federasiyadan onu da bildiriblər ki, turnirin digər qarşılaşmasında isə Rumıniya və Moldova yığmaları qarşılaşıblar. Peşəkar oyunu ilə seçilən rumınlar 21-9 hesabı ilə qalib gəliblər. Sabah hər iki oyunda qalib gələn Azərbaycan və Rumıniya milliləri üz üzə gələcəklər. Bu komandalar birinci və ikinci yer uğrunda mübarizə aparacaqlar. Hər iki oyunda məğlub olan İsveçrə və Moldova su poloçuları isə 3-4 yer uğrunda yarışacaqlar. Bu gün turnirə yekun vurulacaq. Sonda qaliblər medallar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti