...

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Açıq Qapı Günü

Cəmiyyət Materials 11 May 2016 11:52 (UTC +04:00)
Abituriyentləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 2016-2017-ci tədris ilində qəbulun şərtləri və qaydaları ilə tanış olmaq üçün dəvət edirik.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Açıq Qapı Günü

Bakı. Trend:

Abituriyentləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 2016-2017-ci tədris ilində qəbulun şərtləri və qaydaları ilə tanış olmaq üçün dəvət edirik.

Siz MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların hazırlanması ilə bağlı hərtərəfli məlumat ala biləcəksiniz.

Qeyd edək ki, bu ildən filialda fizika fakültəsi fəaliyyətə başlayacaq.

Açıq Qapı günü 14 may 2016-cı il tarixində saat 14:00-da aşağıdakı ünvanda keçiriləcək:

Bakı şəh., H.Cavid prospekti, 133 (Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında)

Əlaqə telefonları: (012) 510 96 08,
(012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti