...

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 17 May 2016 11:09 (UTC +04:00)
Mayın 14-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub (FOTO)

Bakı. Trend:

Mayın 14-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

IDEA-dan Trend-ə verilən məlumatda bildirilir ki, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən "Uşaqlar üçün laboratoriya"nın May təlimi "yaşıl enerji" mövzusuna həsr olunub.

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb, həmçinin "kiçik ekoloqlara" erkən yaşlardan bildirilməsi vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah edilib.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində, o cümlədən müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prossesində iştirak ediblər. "Eko laboratoriya"nın iştirakçıları təlimçilərin köməyilə öz elektrik dövrələrini də yaradıblar.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti