...

İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keciriləcək

Cəmiyyət Materials 18 May 2016 09:43 (UTC +04:00)
6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keciriləcək.
İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keciriləcək

Bakı. Trend:

6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keciriləcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutacaq. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.

Sınaq imtahanları zamanı abituriyentlər Akademiaynın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti