Bakı. Trend:
Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, nümünələr aşağıdakı kimidir:
1 - İçərişəhər
2 - Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər
3 - BMT-nin 50 illiyi küçəsi
Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən iyunun 21-i səhər saat 06:00-dək bağlı olacaq.
1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan səhər 06:00-dək icazə veriləcək.
3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər.
1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.
Qeyd edək ki, 17-19 iyun tarixlərində Bakıda Formula 1 Avropa Qran Prisi yarışları keçiriləcək.