...

Dələduzluq edən şəxsə 9 il cəza verildi

Cəmiyyət Materials 3 İyun 2016 14:46 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ziyad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluq edən şəxsə 9 il cəza verildi

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ziyad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Babayev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, Z.Babayevin dələduzluq etməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə şikasyət daxil olub. Şikayət əsasında polisin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Babayev saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti