...

Qaydalar onları "pozmaq" üçün yazılıb?

Cəmiyyət Materials 18 İyun 2016 12:29 (UTC +04:00)
Bu gün İsrailin Holon şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Azərbaycan gimnastları 37 ölkənin iştirak etdiyi mötəbər yarışa uğurla başlayıb.
Qaydalar onları "pozmaq" üçün yazılıb?

Bakı. Trend:

Bu gün İsrailin Holon şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Azərbaycan gimnastları 37 ölkənin iştirak etdiyi mötəbər yarışa uğurla başlayıb. Trend-in məlumatına görə, günün ilk yarısında yuniorlar arasında çıxış edən gimnastlarımız Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq ip və halqayla kompozisiyada həlledici mərhələyə vəsiqə qazandı.

Günün ikinci yarısında qrup hərəkətləri üzrə komandamız xalça üzərinə çıxdı. Lentlə kompozisiyanın öhdəsindən gələn Azərbaycan yığması bazar günü keçiriləcək final mərhələsində iştirak imkanı əldə etdi.

Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyasında kuryoz hadisə baş verdi. Təsəvvür edin, gimnastlarımızın çıxışı zamanı kompozisiyanı müşaiyət edən musiqi texniki problemlər səbəbindən yarımçıq dayandı.

Hadisədən dərhal sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz etdi. Texniki Komitə əvvəlcə etirazı qəbul edərək Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirdi. Qrup hərəkətləri üzrə yığma xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitənin rəhbəri yenidən çıxış etməyin mümkünsüz olduğunu bəyan etdi.

Müəyyən araşdırma aparmaqla Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında yerləşdirilən qaydaları əldə etdik. 1.5.2 maddədə deyilir: “Təşkilatçılar tərəfindən fors major hallar baş verərsə (işığın sönməsi, musiqi avandanlığının nasazlığı) gimnasta\qrupa hərəkətlərini yenidən nümayiş etdirməyə icazə verilir”.

Belə çıxır ki, qaydalar onları “pozmaq” üçün yazılıb?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti