...

Bilik Fondu İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzaladı (FOTO)

Cəmiyyət Materials 22 İyun 2016 20:12 (UTC +04:00)
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında əməkdaşlıq sazişi imzalanıb.
Bilik Fondu İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzaladı (FOTO)

Bakı. Trend:

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında əməkdaşlıq sazişi imzalanıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Mərkəzdə keçirilmiş tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, İSİM-in direktoru Ceyhun Məmmədov, hər iki təşkilatın əməkdaşları iştirak ediblər.

İmzalanma mərasimindən əvvəl əhalinin tibbi maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bilik Fondu ilə İSİM arasında imzalanmış əməkdaşlıq sazişi təhlükəli və yoluxucu xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği, gənclər arasında erkən nikahların və zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması ilə bağlı tibbi maarifləndirmə tədbirlərinin, mühazirələr, təlimlər və "dəyirmi masa"ların birgə təşkilini nəzərdə tutur.

Sənədə görə, iki qurumun birgə fəaliyyəti nəticəsində müxtəlif növ xəstəliklər və onlardan qorunma yolları barədə məlumatlardan ibarət çap materialları hazırlanacaq, xarici dillərə tərcümə olunacaq və maarifləndirici vərəqə və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) arasında paylanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti