...

ATU-da gənc müəllimlərin işə qəbulu imtahanı keçirilib (FOTO)

Cəmiyyət Materials 19 İyul 2016 10:37 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müsair təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik olan pedaqoji kadrları işə cəlb etmək məqsədilə görülən tədbirlər davam etdirilir.
ATU-da gənc müəllimlərin işə qəbulu imtahanı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müsair təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik olan pedaqoji kadrları işə cəlb etmək məqsədilə görülən tədbirlər davam etdirilir. ATU-dan Trend-ə verilən məlumata görə, bu çərçivədə gənc müəllimlərin işə qəbul olunması məqsədilə imtahan keçirilib.

Əvvəlcədən KİV-də elan olunan imtahanlarda iştirak etmək üçün 65 namizəd yaradılmış müvafiq komissiyaya müraciət edib. Onlar 28 ixtisas üzrə ilkin imtahanda iştirak edib. Test üsulu ilə keçirilən və 2 saat davam edən imtahanda namizədlər seçdikləri ixtisas üzrə 50 suala cavab veriblər. Namizədlərin imtahan nəticələri ATU-nun təcrübəli mütəxəssisləri tərəfindən yoxlanılıb. İmtahanda yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Birinci turu – test imtahanını uğurla keçən namizədlər üçün tezliklə müsahibə mərhələsi təşkil olunacaq. Qeyd edək ki, qiymətləndirmə zamanı namizədlərdən İELTS və TOEFL sertifikatı olanlara üstünlük veriləcək.

Müsabiqə şərtlərinə cavab verən namizədlərin 2016/2017-ci tədris ilindən etibarən universitetdə işə cəlb olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti