...

Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

Cəmiyyət Materials 4 Avqust 2016 14:25 (UTC +04:00)
Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb.
Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt sökülür.

N.Əzməmmədov bildirib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyektlər veriləcək: "Bununla bağlı ərazidə obyektləri olan sahibkarlara müraciət etmişik ki, yenidənqurma işləri başa çatana qədər obyektlərin sənədlərini hazırlayıb bizə təqdim etsinlər. Sənədləri təqdim olunan obyektlərin sahiblərinə ərazidə müvafiq yerlər ayrılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti