...

Dünya Azərbaybaycanlıları Assambleyası Almaniyada qeydiyyata alındı

Cəmiyyət Materials 9 Sentyabr 2016 15:26 (UTC +04:00)
Dünya Azərbaybaycanlıları Assambleyası (DAA) beynəlxalq ictimai təşkilat olaraq Almaniya məhkəmə orqanı tərəfindən rəsmən qeydiyyata alınıb.
Dünya Azərbaybaycanlıları Assambleyası Almaniyada qeydiyyata alındı

Bakı. Trend:

Bu gün Dünya Azərbaybaycanlıları Assambleyası (DAA) beynəlxalq ictimai təşkilat olaraq Almaniya məhkəmə orqanı tərəfindən rəsmən qeydiyyata alınıb.

Assambleyadan Trend-ə verilən məlumata görə, təşkilat 12 ölkədən təmsilçinin iştirakı ilə rəsmi qurumlara sənədlərini bir müddət öncə təqdim etmişdi. Assambleyanın digər qurumlardan fərqi odur ki, yerli deyil, beynəlxalq ictimai təşkilat olaraq qeydiyyatdan keçib.

Qeyd edək ki, DAA Azərbaycanın müstəqillik tarixindən bu günə qədər yaranmış ilk beynəlxalq ictimai təşkilatdır.

Təşkilatın mərkəzi ofisi Almaniyanın Köln şəhərində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti