...

UNESCO: Bakı Beynəlxalq Humanitar Forumu vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır

Cəmiyyət Materials 29 Sentyabr 2016 13:50 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır.
UNESCO: Bakı Beynəlxalq Humanitar Forumu vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu çərçivəsində panel müzakirələri zaman UNESCO-nun İcra Şurasının sədri Maykl Uorbs deyib.

O bildirib ki, bundan əvvəl keçirilən Bakı humanitar forumları UNESCO-nun işinə mühüm töhfə verib: “Burada görülən işlər UNESCO mandatına uyğundur. Dünya qarşısında duran çağırışların müzakirə edilməsi və onların həlli istiqamətində fikir mübadiləsinin aparılması çox əhəmiyyətli məsələdir”.

M.Uorbs bildirib ki, bu gün dünyada münaqişələrin sayı artmaqdadır: “Belə bir şəraitdə bizə qərəzsiz media lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə atmalı deyilik, eyni zamanda, vətəndaş cəmiyyətləri üzərində cəmləşməliyik. Bu baxımdan bu cür forumların keçirilməsi və bu məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir. UNESCO bu Forumdan böyük nəticələr gözləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti