Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin rahat yaşadığı vahədir.
Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən çilili jurnalist Markos Borkoski deyib.
Onun sözlərinə görə, Azərbaycan bütün dünya üçün nümunədir: "Bu müsəlman ölkəsində katoliklər, pravoslavlar və yəhudilər rahat yaşayırlar. Problem ondan ibarətdir ki, bir çox ölkələr, o cümlədən Amerikada bu barədə bilmirlər. Onlar bu barədə bilməlidirlər".
Jurnalist qeyd edib ki, forum çox vacib məsələlərə toxuna bildi.