Bakı. Maksim Tsurkov – Trend:
Bakı humanitar forumu öz fəaliyyəti ilə heyrətləndirir, bu, Azərbaycanın tam uğurudur. Trend-in məlumatına görə, bunu Çin Buddizm Assosiasiyasının sədri Şi Syueçen V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində deyib.
O bildirib: "Bizim nümayəndə heyəti foruma Azərbaycan xarici işlər nazirinin xoş dəvəti üzrə gəlib. Bakı humanitar forumu öz vüsətilə heyrətləndirir, bu, Azərbaycanın tam uğurudur. Bugünkü sessiyalar insanlar arasında ünsiyyətin inkişafı üçün çox maraqlıdır".