...

Ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat açıqlandı

Cəmiyyət Materials 13 Oktyabr 2016 12:09 (UTC +04:00)
Oktyabrın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat açıqlandı

Bakı. Trend:

Oktyabrın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında 2-8 mm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti