...

Şəxsi avtomobillə sərnişin daşımaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 21 Oktyabr 2016 08:00 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün fərqlənmə nişanının alınması məqsədilə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparır.
Şəxsi avtomobillə sərnişin daşımaq istəyənlərin nəzərinə

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün fərqlənmə nişanının alınması məqsədilə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparır. Bu barədə Trend-ə BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, hazırda bu tədbirlər əsasən metro çıxışlarında, həmçinin taksilərin kompakt dayandıqları digər ərazilərdə aparılır. O qeyd edib ki, mətbuat vasitəsi ilə də taksı sürücülərinə müraciət olunur.

M.Ağayev vurğulayıb ki, aparılan tədbirlər artıq öz nəticəsini verir, taksi sürücüləri bu məsələni müsbət qarşılayır və fərqlənmə nişanının alınması üçün böyük maraq göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti