...

Qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamə verilib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2016 14:42 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib.
Qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamə verilib   (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib.

Bu barədə Trend-ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda DQİDK sədrinin müavini Gündüz İsmayılov, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolundan danışan G.İsmayılov bildirib ki, yeni qeydiyyatdan keçən dini icmalar ölkənin bütün bölgələrini əhatə edir.

O, yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb. G.İsmayılov qeyd edib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə, yerlərdə insanların mənəvi tələbatının ödənilməsində dini icmalar da məsuliyyət daşıyır.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələri verən Dövlət Komitəsi sədrinin müavini icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə, eləcə də digər dövlət strukturları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib. O, qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti