...

DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı

Cəmiyyət Materials 8 Dekabr 2016 11:11 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda vahid qərargah yaradıb.
DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda vahid qərargah yaradıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qərargah əməkdaşları və yol polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsinə başlayıb:

Kamran Əliyev: Bakı-Şamaxı və Bakı-Quba yolunda bəzi yerlər buz bağlayıb

Kamran Əliyev: Bakı-Şamaxı və Bakı-Quba yolunda bəzi yerlər buz bağlayıb

"Səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir. Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20 Yanvar" metro stansiyasının ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti