...

"Beşmərtəbə" dairəsinə avtomobillərin girişi məhdudlaşdırıldı - SƏBƏB?

Cəmiyyət Materials 6 Fevral 2017 13:23 (UTC +04:00)
Bakının "Beşmərtəbə" ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.
"Beşmərtəbə" dairəsinə avtomobillərin girişi məhdudlaşdırıldı - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Bakının "Beşmərtəbə" ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, dairədə hərəkətin dəyişdirilməsinə səbəb “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsi ilə bağlıdır:

"Bu məqsədlə Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Həftə ərzində işlər bitəcək. Dairədə hərəkətdə də müəyyən dəyişklik var. Sürücülər həmin ərazidə diqqətli olsunlar".

"Sovetski" kimi tanınan ərazinin 26 hektarında aparılan yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilərək yaxınlıqdakı mövcud xətlərə birləşdirilir. “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə aparılır. Bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişilikedilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyə olunur. Ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti