...

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2017 19:15 (UTC +04:00)
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib.
Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazirin çıxışından sonra dövlət himni səsləndirilib.

Daha sonra rəngarəng mərasim başlayıb. Mərasim zamanı tamaşaçılara milli musiqinin müşayiəti ilə müxtəlif gimnastika hərəkətləri təqdim olunub.

Trend açılış mərasimindən fotoşəkilləri təqdim edir.

Qeyd edək ki, 15 ölkədən paytaxtımıza təşrif buyurmuş 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti