...

Harvard və Dyuk universitetlərinin məzunu UNEC tələbələrinə ustad dərsi keçib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2017 12:18 (UTC +04:00)
ABŞ-ın nüfuzli Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin məlllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə peşəkar William Beaman UNEC tələbələrinə “Biznesdə etika” mövzusunda ustad dərsi keçib.
Harvard və Dyuk universitetlərinin məzunu UNEC tələbələrinə ustad dərsi keçib (FOTO)

Bakı. Trend:

ABŞ-ın nüfuzli Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin məlllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə peşəkar William Beaman UNEC tələbələrinə “Biznesdə etika” mövzusunda ustad dərsi keçib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC-in bütün fakültələrindən bakalavr və magistrlərın qatıldığı dərsdə amerikalı müəllim biznes münasibətlərində hansı etik davranış qaydalarının əsas amil olduğunu açıqlayıb. Bizneslə məşğul olarkən qeyri-etik sayılan faktorlara diqqət çəkib. Çıxışını real keyslər üzərindən edən strateji kommunikasiya bilicisi biznes mühitində etik qaydaların hansının daha yüksək effekt verməsi və müxtəlif situasiyalarda necə davranmağın sirlərini açıqlayıb. Auditoriya qarşısında bir neçə etik moral dilemma keysləri təqdim edən W.Beaman UNEC tələbələrinin mövcud durumda necə davranacaqları barədə fikirlərini dinləyib.

İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim UNEC tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib.

Tədbirdə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev və digər müəllimlər də iştirak edib.

UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti