...

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 30 Mart 2017 18:26 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti