...

Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2017 09:55 (UTC +04:00)
Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb.
Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Binəqədi rayonunda Azərbaycanda Oftolmalogiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, ilk öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət etmiş və abidə önünə gül dəstələri qoyublar.

Yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb.

Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedalı insan olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb.

Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür-gün yaşayan Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti