Bəzi işəgötürənlər qanunvericiliyin tələblərinə əməl etmir (FOTO)

Bəzi işəgötürənlər qanunvericiliyin tələblərinə əməl etmir (FOTO)

Bakı. Trend:

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə BƏT-in təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel gününün Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edildiyini, əsas məqsədin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətinin diqqətinin artırılması olduğunu vurğulayıb: “BƏT-in statistikasına əsasən, hər il dünyada istehsalat qəzalarının təxminən 2,34 milyon nəfər insanın həlak olmasına, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına, digər tərəfdən, bu qəzaların dünya üzrə ÜDM-in 4%-nin, yaxud 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olduğunu nəzərə aldıqda, əməyin təhlükəsizliyi məsələsinin vacibliyi bir daha aydın olur”.

F.Əlizadə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında “Hər kəsin təhlükəsiz və sağlam işləmək hüququnun təsbit olunduğunu, sonralar qəbul edilmiş Əmək Məcəlləsində, eləcə də müvafiq normativ-hüquqi aktlarda əməyin mühafizəsi ilə bağlı hüquqi əsasların formalaşdığını diqqətə çatdırıb. Xidmət rəisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ilk növbədə ölkə vətəndaşının sosial firavanlığının, hər bir insanın layiqli iş və yaşayış şəraitinin təmin olunması məqsədinə xidmət etdiyini vurğulayıb.

Əmək Məcəlləsinin 207-239-cu maddələrinin əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə aid olduğunu diqqətə çatdıran F.Əlizadə qeyd edib ki, Məcəllənin bu maddələrinə uyğun olaraq, texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxsaylı qanunvericilik aktları da qəbul edilib: “Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. Lakin əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, eyni zamanda əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına bəzi işəgötürənlər tərəfindən bir sıra hallarda biganə münasibət özünü göstərir. Bu biganə münasibət istehsal qəzalarının baş verməsinə və həmin qəzalar nəticəsində işçi insanların həyatını və ya sağlamlığını itirməsinə səbəb olur. Cari ilin ilk rübündə də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb ki, həmin bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin idarə olunması məsələsinə xüsusi diqqət yetirməlidir”.

Əməyin mühafizəsi sahəsində işəgötürənlərin, habelə işçilərin vəzifələri barədə məlumat verən F.Əlizadə bildirib ki, qabaqcıl dünya təcrübəsinə əsasən, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bərabər, əməyin səmərəliliyinin artırılmasında, keyfiyyətli məhsul istehsalında da vacib şərtlərdən biri kimi qəbul olunub: “Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələrinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi təmin olunmalıdır. MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idaretmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir”.

Xidmət rəisi işəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə bağlı görülməsi zəruri olan digər tədbirləri də diqqətə çatdırıb: “İşəgötürənlər zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin qadağan olunması, bütün peşə və vəzifələr üzrə vəzifə və texniki təhülıkəsizlik qaydaları barədə təlimatların hazırlanması və işçilərin tanış edilməsi, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət şəraitinin yaradılması tədbirlərinin görülməsini təmin etməlidirlər. Onlar eyni zamanda yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlanmazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən nəzarət-buraxılış verilməsi və onun icrasına daimi nəzarət edilməsi, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, mütəmadi olaraq işçilərin bununla bağlı biliklərinin yoxlanması, istehsalatda bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçilməsi, işçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsindən icbari sığorta edilməsi, iş yerlərinin texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi nişanları ilə təchiz olunması, işçilərin xüsusi iş geyimləri və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına xüsusi nəzarət edilməsi və s. kimi zəruri tədbirləri görməlidirlər”.

F.Əlizadə qeyd edib ki, bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması.Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi”dir: “BƏT tərəfindən bu mövzunun müəyyən olunması da təsadüfi deyil, çünki iş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması xüsusi önəm kəsb edir”.

Xidmət rəisi Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar bu ay sosial tərəfdaşlarla birgə əməyin mühafizəsi məsələləri ilə bağlı keçirlən tədbirlər, habelə ötən dövrdə əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında aparılan maarifləndirmə işləri barədə də məlumat verib.

Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində həmkarlar təşkilatları tərəfindən görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov iş yerlərində əməyin mühafizəsi norma və standartlarına əməl olunması ilə bağlı Konfederasiyanın işəgötürənlərlə apardığı işlərdən bəhs edib. BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev əməyin təhlükəsizliyinin təmin olunması ilə bağlı BƏT Konvensiyalarından irəli gələn tələbləri diqqətə çatdırıb, Təşkilatın bu sahədə səyləri daim dəstəklədiyini vurğulayıb. Ayrı-ayrı işəgötürənlərin nümayəndələri onlara məxsus müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində görülən işlərə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub, bu sahədə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı təkliflər ifadə edilib.

Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Loading Bars
Xəbər lenti
Cari ildə 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Ronaldo Ballon d'Or 2021 mükafatlandırma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb
Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Bütün xəbərlər